Texniki Dəstək
- Ana səhifə
- Texniki Dəstək
Qazax Sement Zavodu MMC hər zaman öz müştəriləri üçün hərtərəfli və lazımi texniki dəstəyi göstərməkdədir. Zavod yüksək keyfiyyətli sement, klinker, beton, beton leqo bloklar və qum – çınqıl istehsal etməklə yanaşı, onların istifadəsinin səmərəliyi üçün də çalışır. Zavodun texniki dəstək üzrə mütəxəssisləri öz sahəsinə uyğun olaraq tam ixtisaslaşmış və yeniliklərlə tanışdırlar.
Zavod tərəfindən müştərilərin istəyinə uyğun olaraq tikinti sahəsinin təyinatı üzrə tələb olunan beton markasının və inert materiallarının seçilməsi kimi texniki dəstək göstərilir və satışdan sonra betona qulluq və digər texniki tövsiyyələr də verilir.
Zavodda müasir standartlara cavab verən Mərkəzi və Mobil Beton Laboratoriya fəaliyyət göstərir. Mobil laboratoriya vasitəsilə beton və inert materiallara tikinti sahəsində operativ baxış, ilkin laboratoriya sınaqları aparmaq mümkündür. Şirkət nəinki tikinti sahəsində çalışanları, həm də cəmiyyəti müəyyən qədər təlimatlı və məlumatlı etmək üçün çalışır. Elə ki, tez – tez məlumatlandırıcı funksiya daşıyan reklam braşurları paylamaqla, sosial şəbəkələrdəki aktivliyi ilə cəmiyyəti və AZMİU – da qurmuş olduğu laboratoriyası ilə tələbələri məlumatlandırır.
Bütün bunlarla yanaşı şirkət öz əməkdaşları üçün tez – tez texniki seminarlar təşkil edir.
Texniki dəstəklə bağlı əlaqədar şəxs:
Nazim Talıbov
Telefon: +994 (50) 235 91 21
E-mail: [email protected]
Daxili nömrə: 7704