Keyfiyyətə nəzarət
- Ana səhifə
- Keyfiyyətə nəzarət
“Qazax Sement Zavodu” MMC keyfiyyətə kompleks nəzarət sistemi tətbiq edilir, istehsal və xidmət proseslərinin, İSO 9001:2015 Keyfiyyət menecment sistemi tətbiq olunan beynəlxalq standartların, normativ-texniki sənədlərin tələblərinə uyğun təşkil edilməsi, tətbiqi və təkminləşdirilməsi əsas hədəflərindən biridir. Keyfiyyətin idarəolunması həm beton və sement istehsalı sahəsində, o cümlədən, xammal və hazır məhsullara, həm də digər sahələrdə olan proseslərə tətbiq edilir ki, bu da öz növbəsində müəssisənin fəaliyyətinin daimi olaraq təkmilləşməsinə beynəlxalq standartların tələblərinə uyğunlaşdırılır.
“Qazax Sement Zavodu” MMC-nin fəaliyyəti həm İSO 9001:2015 Keyfiyyətin İdarəolunması Sistemi üzrə, həm də İSO 14001:2015 (Ətraf Mühitin İdarəolunması Sistemi) və İSO 45001:2018 (Əməyin mühafizəsi və təhlükəsizliyinin İdarəolunması Sistemi) standartları üzrə sertifikatlaşdırılmışdır.
İstehsal edilən sement məhsullarının yüksək keyfiyyətini təmin etmək üçün xammalın, klinkerin, mineral əlavələrin və hazır məhsulun keyfiyyətinin yoxlanması, zavoda məxsus müasir beynəlxalq standartlara cavab verən müasir texnologiyaya malik laboratoriyada müntəzəm olaraq, sınaq və analizləri mövcud standartların tələblərinə uyğun olaraq yoxlanılır. Laboratoriya avadanlıqları Almaniya, Türkiyə, Fransa, İsveçrədən təchiz edilmişdir. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sement növlərinin kimyəvi-fiziki, kimyəvi-mexaniki sınaq və analizləri həyata keçirilir. Laboratoriyada istifadə olunan cihazların mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən dövlət yoxlamaları,kalibrlənməsi və doğrulaması həyata keçirilir. İstehsal olunan məhsulların keyfiyyətinin yoxlanılması prosesi, sınaq və analizlər standartın qoyduğu bütün tələblərə cavab verir, EN 196-1, EN 197-1 standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. Zavodda istehsal olunan CEM II/A-P 42,5 R (Betonsem), CEM II/B-P 32,5 R (Mastersem), CEM II/B-M(P-L) 32,5 R (Unisem) və PPS-400 (Sulfasem) məhsulları mövcud standartların tələblərinə uyğun olaraq Uyğunluq Sertifikatları ilə təmin edilir.