
19 Mart 2019-cu ildə Qazax Sement Zavodunda Novruz bayramı münasibətilə geniş tədbir keçirilmişdir. Tədbir Rəhbərliyin zavod əməkdaşlarını İlaxır çərşənbə-torpaq çərşənbəsi və Novruz bayramı münasibətilə tədriki ilə başlamışdır. Daha sonra zavodda və şirkətin Respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən qum çınqıl karxanalarında çalışan 607 nəfər əməkdaşına Novruz Bayramı münasibətilə şirkət tərəfindən hazırlanmış bayram payları verilmişdir. Günün sonunda kollektiv Novruz tonqalı ətrafında bayram tədbirini yekunlaşdırmışdır.