Qazax Sement Zavodunun planlı təmiri və quraşdırma işlərində çalışan podratçı şirkətlər işlərin yerinə yetirilməsi üçün 50 – dək yerli işsiz əhalini zavodda bir neçə aylıq davam edəcək işlərə cəlb etmişdir. Təmir və quraşdırma işləri müddətində yerli işçilərin zavoda gediş-gəlişi şirkət tərəfindən xüsusi ayrılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək, eyni zamanda işçilər iş prosesində təhlükəsizlik qaydaları ilə təlimatlandırıldıqdan sonra xüsusi işçi geyimləri ilə də təmin olunacaqlar.

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC