
Qazax Sement Zavodu MMC 2014-cü ildə Qazax rayonunun orta məktəblərindən məzun olmuş və ali məktəblərin texniki bölmələrinə yüksək bal toplayaraq daxil olmuş 7 tələbəni tədris müddəti ərzində təqaüdlə təmin etmiş, eyni zamanda onların müntəzəm olaraq zavodun texniki – istehsalat bölmələrində təcrübə keçmələrinə şərait yaratmışdır. 2018-ci ildə həmin tələbələr ali məktəbləri müvəfəqiyyətlə başa vurmuşlar.
Qazax Sement Zavodu MMC-nin rəhbərliyi həmin məzunlarla görüş keçirmiş və 3 məzunun zavodda işlə təmin edilməsi barədə qərar vermişdir. Qeyd olunan tələbələr hazırda zavodda müxtəlif bölmələrdə əmək müqaviləsi əsasında daimi işlə təmin edilmişlər.
Hazırda Qazax Sement Zavodu MMC tələbə təqaüdü layihəsi davam etdirir. Belə ki, şirkətimiz tərəfindən 2019-cu il üçün Qazax və Ağstafa rayonları üzrə ali məktəbə imtahan qəbul balı 620-dən yuxarı olan 10 nəfər tələbəyə tədris müddəti ərzində aylıq təqaüdün ayrılması nəzərdə tutulmuşdur.
Eyni zamanda həmin tələbələrin təhsil aldığı müddət ərzində zavodun texniki – istehsalat sahələrində təcrübə proqramlarına cəlb edilməsi və təhsili müvəffəqliyyətlə başa vurduqdan sonra zavodun müvafiq şöbə və bölmələrində işə qəbul edilməsi planlaşdırılır.