
Belə ki, zavod əməkdaşları rayonun Daş Salahlı, Fərəhli, Aslanbəyli, Yuxarı Salahlı kəndlərində yaşayan 22 şəhid ailəsi və 3 aprel döyüşləri şəhidi ailələrini evlərində ziyarət edərək, onlara bayram hədiyyəsi təqdim etmiş və onların daim Qazax Sement Zavodu MMC-nin diqqət mərkəzində olduqlarını bildirmişlər. Şəhid ailələri zavod əməkdaşlarının onları evlərində ziyarət etmələrini çox sevinclə qarşılamış və öz təşəkkürlərini bildirmişlər.
Qazax Sement Zavodu MMC bundan əlavə zavodda və Respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən beton zavod və qum-çınqıl karxanalarında çalışan 630-dan çox əməkdaşına da bayram hədiyyəsi paylamışdır.