Qazax Sement Zavodu MMC 12 dekabr 2018-ci il tarixində Ulu Öndərin Anım Günü ilə əlaqədar geniş tədbir keçirdi. Tədbirdə zavodun rəhbərliyi, mühəndis-mütəxəssis və texniki işçilər, o cümlədən zavodda çalışan alman mütəxəssislər də iştirak edirdi.Tədbir iştirakçıları əvvəlcə zavod ərazisində yerləşən Ulu Öndərin abidəsini ziyarət edərək abidə önünə əklil və gül dəstəsi qoydu, onun xatirəsini ehtiramla yad etdilər və daha sonra zavodda təşkil edilmiş tədbirə qatıldılar.

Tədbirdə əvvəlcə Ulu Öndərin zəngin siyasi fəaliyyəti, dövlətçiliyimizin qorunması və möhkəmlənməsi uğrunda fəaliyyətindən bəhs edən filmə baxıldı.Sonra tədbirdə “Qazax Sement Zavodu” MMC-nin rəhbərliyi, YAP Qazax Sement ilk partiya təşkilatının Gənclər Komissiyasının sədri, YAP Qazax rayon təşkilatının Ağsaqallar Şurasının üzvü, YAP Qazax Sement ilk partiya təşkilatının İdarə Heyətinin üzvü çıxış edərək Ümummilli lider Heydər Əliyev şəxsiyyəti barədə, onun fenomen, uzaqgörən, qətiyyətli, natiqlik qabiliyyətinə malik bir insan olması, sovetlər ittifaqı zamanı Azərbaycana rəhbərlik etdiyi dövrdə və müstəqil Azərbaycan Respublikasının Prezidentliyi dövründə gördüyü işlər, onun zəngin siyasi fəaliyyəti, dövlətçiliyimizin qorunması və möhkəmlənməsi, iqtisadi inkişafı uğrunda fəaliyyəti barədə məlumatlar verdilər.

Tədbirdə “Qazax Sement Zavodu” MMC-də çalışan alman mütəxəssisi də çıxış edərək Heydər Əliyevin yad edilməsi sahəsində öz fikirlərini bölüşdü.

Sonda tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin ruhunu bir daha yad etdilər və dualar oxudular.

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC