
X-Ray cihazları elektrikdən aldığı güc ilə “X” şüası əmələ gətirən spektral analiz cihazıdır.
Sement sektoruna kalibrasya olunmuş X-Ray cihazı toz halında olan nümunələrin preslənmiş formasını və ya şüşə tablet halına gətirilmiş formasını cihaza yerləşdirdiyin andan, cihaz özü əmələ gətirirdiyi “X” şüası vasitəsi ilə nümunənin tərkibində hansı oksidlərdən neçə faiz olduğunu təyin etməyə başlayır.
Bu cihaz vasitəsi ilə saatlarla yaş üsul ilə aparılan kimyəvi analizlər ən gec 10 dəq ərzində yerinə yetirilir. X-Ray cihazları istehsalatın operativ, sürətli və hədəflənən keyfiyyət parametrlərində çalışması üçün ən önəmli cihazdır.
Qazax Sement Zavodu MMC laboratoriyasında sement, klinker və digər xammalların analizləri üçün X-Ray cihazından istifadə edilir.