
25 Fevral 2016-ci il tarixində Qazax Rayon İcra Hakimiyyəti Başçısının 2015-ci ilin yekunlarına aid hesabat iclası keçirilmişdir. Hesabat günü rayonda fəaliyyət göstərən sənaye, tikinti, yeyinti, incəsənət sahələri müəssisələrinin məhsullarının sərgisi də təşkil edilmişdir. Qazax Sement Zavodu MMC səgidə fəal iştirak etmiş, istehsal olunan məhsullar və yeniliklər barədə sərgi iştirakçılarının suallarını cavablandırmışdır.