
16 dekabr 2014-cü ildə Bakı şəhəri, JW Marriot Abşeron mehmanxanasında 2014-cü ilin yekunları üzrə müvəffəqiyyətli şirkətlərin Azeri Business Award mükafatlandırılması mərasimi keçirilmişdir.
Mərasimdə “HGC GROUP” MMC 2014-cü ilin nəticələrinə əsasən “İlin sement istehsalçısı” nominasiyasında Azeri Business Award mükafatına layiq görülmüşdür.
Mükafata ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən və öz fəaliyyətində nailiyyətlər qazanmış, 2014-cü ildə ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynamış şirkətlər, dövlət strukturları və biznes nümayəndələri layiq görüldülər.
Onu qeyd etmək lazımdır ki, bu mükafat “HGC GROUP” MMC-nin layiq görüldüyü ilk mükafat deyil. Noyabrın 26-da Bakıda “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda keçirilmiş beynəlxalq konfrans zamanı “HGC GROUP” MMC Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “Regionlarda rəqabətqabiliyyətli istehsalın qurulmasında xidmətlərinə görə” sənaye müəssisələri arasında xüsusi mükafata layiq görülmüşdü.
Qeyd olunmuş mükafatlar və zavodun fəaliyyətinin yüksək qiymətləndirilməsi “HGC GROUP” MMC-nin doğru istiqamətdə irəlilədiyini əks etdirir və gələcəkdə Azərbaycanın, həmçinin bütövlükdə regionun aparıcı sement istehsalçısı olacağına əminlik yaradır.