Qazax Sement Zavodu istehsal olunan kisə məhsullarının keyfiyyətində və xarici dizaynında müəyyən təkmilləşdirmələr aparmışdır. Belə ki, kisə məhsullarının ümumi görünüşünün daha cəbedici olması, o cümlədən müştəri üçün daha vacib informasiyaların yerləşdirilməsi məqsədi ilə şirkət tərəfindən kisələrin xarici görünüşündə müəyyən dəyişikliklər edilmişdir. Kisələrin xarici görünüşünün dəyişməsi ilə yanaşı məhsulların keyfiyyətində də marketinq araşdırmaları nəticələrinə əsasən zəruri təkmilləşdirmələr aparılmışdır.

Pərakəndə satışa təqdim edilən Akkord Sement kisə məhsulları aşağıdakılardır:

1) Sulfasem PPS 400 (Sulfatadavamlı sement): Bu sement betonun şoran torpaqlarda sulfata və duzalara qarşı davamlılığını artırır, betounun çatadavamlılığını artırır, həmçinin azmərtəbəli evlərin beton konstruksiyaları üçün əlverişli olması üstünlüyünə malikdir.

2) Mastersem (CEM II/B-P 32,5 R): Bu sement ümumi tikinti işləri üçün istifadə edilir, o cümlədən betonda yüksək ilkin möhkəmliyi təmin edir.

3) Unisem (CEM IV/B-P 32,5N): Hörgü və suvaq işləri üçün daha əlverişli olması, suvağın çatadavamlıllığını təmin etməsi kimi üstünlüklərə malikdir.

“Qazax Sement Zavodu” MMC Azərbaycanın iri sement istehsalçılarından biridir və hazırki istehsal gücü ildə 1 milyon ton sementdir. 2017-ci ilə qədər zavodun istehsal həcminin genişləndirilərək illik 3 milyon tona çatdırılması planlaşdırılır. Şirkət hazırda sulfatadavamlı sement, həmçinin qalaq və kisə şəklində müxtəlif növ sement məhsulları istehsal edir. Məhsulların müştərilərə vaxtında çatdırılmasını təmin etmək üçün şirkətin Bakıda və regionlarda Logistika Mərkəzləri təşkil edilmişdir.

2013-cü ilin mart ayında sement istehsalına, 2014-cü il avqustun 21-də isə klinker istehsalına start verilmişdir. Zavod cari ilin oktyabr ayında 100% həcmdə olmaqla günlük 2500 ton klinker və ya illik 1 milyon ton sement istehsalı gücünə çatacaqdır.

Fəaliyyətdə olduğu qısa müddət ərzində Qazax Sement Zavodu istehsal etdiyi məhsulların keyfiyyəti ilə yüksək müştəri məmnuniyyətinə nail olmuşdur. Şirkətin əsas məqsədi Azərbaycanda və bütövlükdə regional miqyasda tikinti sektorunun aparıcı qüvvəsi olmaq və ölkənin milli rifahına öz töhfəsini verməkdir.

Ünvan:

Qazax r-nu, Daş Salahlı kəndi, AZ3518

Tel.: (+994 12) 404 44 04, www.qsz.az

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC