Qazax Sement Zavodu MMC 18 Oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar geniş tədbir keçirdi. Tədbirdə zavodun rəhbərliyi, mühəndis texniki heyəti, Çin XR və Türkiyədən zavoda dəvət olunmuş mütəxəssislər, o cümlədən Qazax RİH-nin nümayəndəsi və YAP-nın nümayəndəsi də iştirak etdi.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstəsi qoymuş, daha sonra Qazax H.Əliyev Elmi Mərkəzini ziyarət etmişlər. Mərkəzdə tarixin müxtəlif dövrlərində Ulu Öndərin zəngin siyasi fəaliyyəti, dövlətçiliyimizin qorunması və möhkəmlənməsi uğrunda apardığı mübarizədən bəhs olunmuş, yerli və xarici qonaqlar müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyatlarla tanış edilmişdir.

Daha sonra Qazax “Gənclər Mərkəzi”-də Azərbaycanda milli dirçəliş hislərinin oyanmasından, istiqlaliyyət uğrunda mübarizədən bəhs edən “Müstəqillik yolunda” filmi seyr edilmişdir.

Tədbirdə çıxış edənlər Azərbaycanın müstəqillik qazanmasında, müstəqilliyimizin qorunması və möhkəmlənməsində, ölkəmizin beynəlxalq nüfuzunun artmasında Ulu Öndərin fəaliyyətindən danışmış, bayram münasibətilə iştirakçıları təbrik edərək gələcək işlərdə uğurlar arzulamışlar.

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC