
Sement və beton məhsullarımız Respublikada inşa olunan ən strateji obyektlərin tikintisində uğurla istifadə olunur.
Koronavirus (COVİD 19) infeksiyası aşkar edilən xəstələrin müalicəsi üçün Bakı və Sumqayıt şəhərlərində inşa olunan xəstəxanaların betonla təmin edilməsi üçün komandamız fasiləsiz çalışır. Məqsədimiz inşa olunan müalicə mərkəzlərinin nəzərdə tutulan vaxtda tamamlanması və Respublikamızda bu infeksiyadan əziyyət çəkənlərin ən qısa zamanda uğurla müalicəsinə öz dəstəyimizi verməkdir.