Oktyabrın 8-də Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Qazax rayonuna səfər etmişdir.

Rayonda fəaliyyət göstərən sənaye müəssisələri ilə tanışlıq çərçivəsində səfir, səfirliyin əmkdaşları və Qazax Rayon İcra Hakimiyyətinin Başçısı “Qazax Sement Zavodu” MMC-yə də baş çəkmişlər.

Qonaqlar zavodun istehsalat prosesi, sementin paketlənməsi bölməsi və Mərkəzi İdarəetmə Məntəqəsi ilə tanış olmuşlar. Daha sonra onlara zavodun fəaliyyəti, təhsil, idman sahəsində, eyni zamanda regionda həyata keçirdiyi digər sosial layihələr barədə geniş məlumat verilmişdir.

Yapon səfiri və Qazax Rayon İcra Hakimiyyətinin Başçısı zavodumuzda səfərdən razı qaldıqlarını və  xoş təəssüratlarla ayrıldığını bildirdilər

 

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC