“Akkord STİK” ASC və “Qazax Sement Zavodu” MMC Qarabağ Dirçəliş Fonduna 400 min manat ianə köçürüb.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı əsasında Qarabağ Dirçəliş Fondu yaradılıb. Vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalaraq Qarabağımızın dünyanın ən gözəl regionlarından biri olması məqsədilə yaradılmış bu fonda “Akkord STİK” ASC və “Qazax Sement Zavodu” MMC hər biri 200 min manat məbləğində vəsait köçürüb.

“Akkord STİK” ASC və “Qazax Sement Zavodu” MMC sənaye məhsulları istehsalı və tikinti-infrastruktur işlərində birgə fəaliyyət göstərərək respublikada, o cümlədən işğaldan azad edilən regionlarda aparılacaq tikinti-quruculuq işlərində fəal iştirak edərək qarşıdakı bir neçə ildə bu ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsinə öz dəstəyini verəcək.

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC