
Qazax Sement Zavodu MMC Ulu Öndərin Anım Günü ilə əlaqədar tədbir keçirdi.
Tədbir iştirakçıları zavod ərazisində yerləşən Ulu Öndərin abidəsini ziyarət edərək abidə önünə gül dəstəsi qoydu, onun xatirəsini ehtiramla yad etdilər.
Daha sonra Ulu Öndərin zəngin siyasi fəaliyyəti, dövlətçiliyimizin qorunması və möhkəmlənməsi, iqtisadi inkişafı naminə fəaliyyəti barədə məlumat verildi.