
2019 – cu il İyul ayının ortalarından başlayaraq Akkord Sement istehsal etdiyi bütün markalı kisə sement məhsullarında “kəs, topla, qazan” kampaniyasına start verdi. Kampaniya Akkord Sement istehsalı olan 40 və 50 kq-lıq kisələrdə Respublikanın bütün regionlarına göndərilən sement məhsullara aid edilir. Şirkətin istehsal etdiyi kisə sement məhsullarında qablaşdırmanın sağ tərəfində xüsusi kəsilən hissə ayrılmışdır. Həmin hissələr sement istifadəçiləri, ustalar üçün nəzərdə tutulmuşdur. Belə ki, sement məhsulları istifadə edildikdən sonra ustalar həmin hissələri kəsib, toplayır və Akkord Sement məhsulları satılan satış məntəqələrinə təhvil verir. Təhvil verilmiş hissələrin sayına uyğun ustalar pul və müxtəlif hədiyyələr qazanır. Kampaniya bütün regionlarda Akkord Sement məhsullarının aktiv istifadəçiləri olan ustaların böyük marağına səbəb olmuşdur və onlar bu kampaniyanın həm istehsalçı, həm də istifadəçilər üçün uğurlu olacağına ümid edirlər.