01 Avqust 2019-cu il tarixindən Quba rayonunda (Ünvan: Quba rayonu Barlı kəndi) yeni Akkord Beton Zavodu fəaliyyətə başlayacaq. Zavodun istehsal həcmi 50 m3/saat olmaqla regionda reallaşdırılan dövlət və fərdi tikinti layihələri üçün nəzərdə tutulmuşdur. Zavod beton istehsalı üçün zəruri olan yüksək keyfiyyətli sement və qum-çınqılla təmin edilmişdir. Eyni zamanda betonun müştərinin tikinti sahəsinə vaxtında çatdırılması üçün beton qarışdıran maşınlar, beton pompa istifadəyə verilmişdir. Beton istehsalı prosesi yüksək ixtisaslı alman mütəxəssislər tərəfindən həyata keçirilir. Müştərinin istəyinə uyğun olaraq zəruri hallarda müxtəlif beton dizaynlarının hazırlanması və satışdan sonra texniki dəstək xidməti də həyata keçirilir. Zavod Azərbaycanda beton sahəsində ilk dəfə istifadə ediləcək Mobil Beton Laboratoriyası ilə də təchiz ediləcəkdir. Beton zavodu Dövlət Qurumlarından beton istehsalına aid müvafiq lisenziyalara və sertifikatlara sahibdir.

Beton zavodun istifadəyə verilməsində əsas məqsəd Respublikanın şimal regionunda aparılan tikinti layihələrinə dəstək olmaqdan ibarətdir.

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC