Akkord Sement Bakı şəhəri və Respublikanın Şimal rayonlarının pərakəndə sement bazarında satış hədəflərini artırmışdır. Bu məqsədlə şirkət Bakı şəhərinin şimal rayonlarına gediş istiqamətində yerləşən Abşeron Gənclər Şəhərciyində olan reklam lövhəsini yeniləmiş və şirkətin pərakəndə bazara yeni qablaşdırmada təqdim etdiyi kisə məhsullarını yerləşdirmişdir. Yenilənmiş möhtəşəm reklam lövhəsi Bakı şəhərindən çıxış və Bakı şəhərinə giriş istiqamətində bina üzərində böyük konstruksiyada quraşdırılmışdır. 

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC