30-31 may 2019-cu il tarixində Qazax Sement Zavodu MMC-nin Rəhbərliyi tərəfindən zavod işçilərinə Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilmişdir. İftar süfrəsinə zavodun müxtəlif şöbə və bölmələrində çalışan əməkdaşlar dəvət edilmişdir. Tədbirdə Zavod Rəhbərliyi Müqəddəs Ramazan ayı münasibətilə oruc tutan əməkdaşlara, onların ailələrinə cansağlığı, ailə səadəti, süfrələrinə bol ruzi-bərəkət arzulamış, dualarının və oruclarının qəbul olunmasını diləmişdir.

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC