Logistika
- Ana səhifə
- Logistika
Qazax Sement Zavodu MMC-nin illik sement istehsalı 1.5 mln ton təşkil edir. İstehsal olunan kisə və qalaq sement məhsullarının müştəri ünvanlarına vaxtında çatdırılması üçün şirkətimizdə müasir loqistika sistemi qurulmuşdur. Bu məqsədlə zavodun Bakı şəhəri, Lənkəran, Xaçmaz rayonlarında loqistika mərkəzləri fəaliyyət göstərir. Zavoda yaxın yerləşən rayonlara sementin daşınması avtonəqliyyat vasitələri ilə, nisbətən uzaqda yerləşən rayonlara sementin çatdırılması üçün dəmir yolu vaqonlarından istifadə olunur. Loqistika Mərkəzlərinə qalaq və kisə sement məhsulları dəmir yolu vasitəsilə çatdırılır. Mərkəzlərdə sementin yüklənməsi, müştəri ünvanlarına vaxtında çatdırılmasını təmin etmək üçün müasir maddi-texniki baza yaradılmışdır.
Zavodun coğrafi baxımdan əlverişli mövqedə yerləşməsi sementin daşınmasında avtomobil və dəmir yolu nəqliyyat vasitələrindən səmərəli istifadə etmək imkan yaradır. Zavodu Bakı Tibilisi avtomobil yolu ilə birləşdirən 7 km avtomobil yolu, Qazax dəmir yolu stansiyası ilə birləşdirən 11.4 km dəmir yolu xətti çəkilmişdir. Qalaq və kisə sement məhsullarımız müştəri tələblərinə uyğun olaraq qeyd olunan dəmir yolu və avtonəqliyyat vasitəsilə çatdırılır. Sementin daşınması Avropanın inkişaf etmiş ölkələrinin istehsalı olan avtonəqliyyat vasitələri ilə həyata keçirilir. Sement daşıyan bütün avtomaşınlarda GPS sistemi quraşdırılmışdır ki, bunun da sayəsində daşımaları nəzarətdə saxlamaq mümkündür.