SƏTƏM
- Ana səhifə
- SƏTƏM
Qazax Sement Zavodu MMC – də istehsal prosesi zamanı əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə ciddi riayət olunur. İşə yeni qəbul olunan işçilər vəzifəsindən, təhsilindən, iş təcrübəsindən aslı olmayaraq giriş təlimatı, iş yerində təlimat, ilkin təlimat və mütamadi olaraq təkrar təlimatlandırmadan keçirilir, təlimatlandırma müvafiq jurnallarda qeyd edilir.
Təlimatlandırma əyani vəsaitlərlə təchiz olunmuş SƏTƏM bölməsində və aidiyyatı istehsalat sahələrində aparılır. İşçilər işə qəbul edildikdən sonra işçi paltarı, fərdi mühafizə vasitələri ilə təmin edilir və onlardan istifadə qaydaları öyrədilir. Təhlükə potensialı sahələrdə təhlükə riskini qabaqlamaq üçün daima qabaqlayıcı tədbirlər görülür. Müəssisəmizdə rəhbər şəxslər və sahə rəisləri insanların mənafeini digər mənafelərdən daim üstün tuturlar. Qəza hallarının baş verməməsi və aradan qaldırılması ilə əlaqədar sağlam iş şəraitinin yaradılması üçün işçilərlə mütamadi təlim məşq tədbirləri keçirilir. Zavod ərazisində lazımi yerlərdə əməyin təhlükəsizliyinə aid lövhələr yerləşdirilmiş, yanğın təhlükəsizliyi ilə əlaqədar ərazidə yanğın şitləri quraşdırılmışdır. Daim təhlükəsizlik tələblərinə uyğun olaraq bütün yeniliklər zavodumuzda tətbiq olunur.