Kadr siyasəti
- Ana səhifə
- Kadr siyasəti
Müasir və dinamik inkişaf edən şirkət olaraq qarşımıza qoyduğumuz məqsədlərə çata bilmək üçün yüksək peşəkarlıqlı kadrların seçilməsinə üstünlük veririk. “Qazax Sement Zavodu” MMC-nin kadr siyasətinə əsasən işçilərin 80-90%-i Qazax və qonşu rayonlardan seçilir. İşə müraciət edən şəxslər peşəkarlığına, işgüzar və şəxsi keyfiyyətlərinə, təhsilinə görə seçilir, müvafiq sorğu və qiymətləndirmədən sonra işə qəbul edilir. Kadrlarla işin səmərəliliyinin artırılması, onların iş qabiliyyətinin hərtərəfli öyrənilməsi, aparıcı və rəhbər vəzifələri əvəz etmək üçün əlavə olaraq təcrübəçilər işə götürülərək yetişdirilir. İşçilərin xidməti fəaliyyətlərini layiqli yerinə yetirməsi və iş peşəkarlıqlarının ölçülməsi nəticəsində onlara karyera yüksəlişi üçün uyğun şərait yaradılıb. “Qazax Sement Zavodu” MMC tərəfindən işçilərin əmək fəaliyyəti ərzində daimi olaraq nəzəri və təcrübi biliklərinin artırılması təmin edilir. İstehsalat prosesində müntəzəm olaraq zəruri peşə kursları keçirilir.