
20 May 2019-cu il tarixində Qazax Sement Zavodu MMC Ağcabədi rayonunda satıcı və ustalarla görüş keçirmişdir. Tədbirdə 70-dək satıcı və usta iştirak edirdi. Tədbirdə zavodun əməkdaşları iştirakçılara şirkətin nailiyyətləri, istehsal olunan məhsullar, məhsulların istifadə təyinatı, üstünlükləri və regiounun sosial – iqtisadi inkişafında şirkətin rolu barədə məlumat verdilər. Eyni zamanda ustalarla sement və betonun istifadə sahələri və texnologiyaları barədə müzakirələr aparıldı. Tədbirin sonunda iştirakçılara şirkət tərəfindən müxtəlif hədiyyələr də təqdim edildi