Qazax Sement Zavodu olaraq hər zaman alıcılarımızın, ustalarımızın, satıcılarımızın maariflənməsi üçün çalışıb, silsilə görüşlər təşkil etmişik. Növbəti görüşü Göyçay rayonunda, Ucar, Ağdaş və Göyçay rayonlarının usta və satıcıları ilə keçirdik. Görüş regionun 50-dək usta və satıcının iştirakı ilə baş tutdu. Görüşdə, şirkətin istehsal etdiyi məhsullar və istifadə sahələri barədə məlumat verildi. Həmçinin, usta və alıcılarla sement və onun istifadə texnologiyası barədə müxtəlif müzakirələr aparıldı. Qeyd edək ki, növbəti görüş 12 aprel tarixində Gəncədə , aprelin 13-də isə Mingəçevir şəhərində baş tutacaq.

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC