06-09 Aprel 2019-cu il tarixində Qazax Sement Zavodu MMC Goranboy, Şəmkir və Gədəbəy rayonlarının usta və satıcıları ilə geniş tədbir keçirmişdir. 200-dək usta və satıcının iştirak etdiyi tədbirlərdə son illərdə şirkətin nailiyyətləri, istehsal olunan məhsulların istifadə sahələri və üstünlükləri, eyni zamanda məhsuldarlığın artırılması istiqamətindəki planlar barədə iştirakçılara məlumat verilmişdir. Usta və satıcılarla sement və onun istifadə texnologiyası barədə müxtəlif müzakirələr aparılmışdır. Tədbirin sonunda iştirakçılara şirkət tərəfindən müxtəlif hədiyyələr də təqdim edilmişdir.

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC