15 Dekabr 2018-ci ildə Qazax Sement Zavodunda müştərilərlə tədbir keçirilmişdir.

Qazax Sement Zavodu MMC 15 Dekabr 2018-ci ildə Qərb regionunun (Gəncə, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Tovuz, Ağstafa) müştəriləri, ustaları və bir sıra inşaat şirkətlərinin nümayəndələri ilə zavodda geniş tədbir keçirmişdir. Tədbirdə ümumi region üzrə 160 nəfərdən çox qonaq iştirak edirdi. Zavodda çalışan əməkdaşlar və alman mütəxəssislər tərəfindən iştirakçılara zavodun istehsalat prosesi, məhsuldarlığı, müxtəlif sement markalarının keyfiyyət göstəriciləri, son illərdə istehsal, satış və digər sahələrdə əldə olunan nailiyyətlər, regionun iqtisadi və sosial inkişafında zavodun rolu, eyni zamanda gələcək planlar barədə məlumatlar verilmişdir. Tədbirdə ustalarla alman mütəxəssisləri sementin istifadəsi və tətbiqi sahələri ilə bağlı geniş müzakirələr aparmış, laboratoriyada beton və sementlə bağlı bir sıra sınaqlar keçirmişdir.

Tədbirdən sonra qonaqlara şirkət tərəfindən ziyafət verilmiş və müxtəlif hədiyyələr təqdim edilmişdir. Şirkət gələcəkdə də Respublikanın müxtəlif regionlarında ustalar və satıcıların iştirakı ilə buna bənzər və ya digər tədbirlərin keçirilməsini planlaşdırır.

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC