Akkord Sement 2019-cu ildə zavodda aparılan islahatlar, rebrendinq, gələcək inkişaf planları, pərakəndə sement bazarı və bunların müştərilər və ustalarla müzakirəsi üçün növbəti görüşü Qəbələ və Bərdə şəhərlərində keçirdi. 24 Avqust tarixində Qəbələ, 25 avqust tarixində Bərdə şəhərində keçirilmiş görüşlərdə ümumilikdə 250-dək müştəri iştirak etmişdir. Tədbirdə qonaqlara zavodun 2019-cu ildə əldə etdiyi nailiyyətlər, rebrending, regionda apardığı sosial və digər uğurlu layihələr, istehsal prosesində aparılan təkmilləşdirmələr və s. haqqında məlumat verildi. Eyni zamanda regionlarda beton, beton leqo blokların istehsalı, pərakəndə bazarda ustalara və satıcılara uyğun həyata keçirilən stimullaşdırıcı kampaniyalarla bağlı məlumat verildi, istifadəçi rəyləri öyrənildi.

Zavodun istehsalat prosesi və keyfiyyətə nəzarət bölmələrində çalışan alman mütəxəssislər sement və beton texnologiyası, istehsal prosesində aparılan təkmilləşdirmələrlə yanaşı müxtəlif mövsümlərdə beton işlərinin aparılmasında zəruri tövsiyyələr, betona qulluq barədə məlumat verdilər. Tədbirdə müxtəlif müzakirələr aparıldı, satışlarda fərqlənən müştərilər müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırıldı və görüş xüsusi ziyafətlə yekunlaşdı.

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC