21 Sentyabr 2019-cu ildə Akkord Sement Salyan rayonunda region müştəriləri ilə görüş keçirmişdir. Görüşdə 2019-cu ildə zavodda aparılan islahatlar, rebrendinq, məhsuldarlığın artırılması ilə bağlı yerinə yetirilən işlər, gələcək inkişaf planları barədə məlumat verilmişdir.. Zavod əməkdaşları eyni zamanda pərakəndə bazara yeni, 25 kq-lıq qablaşdırmada təqdim edilmiş məhsullar barədə istifadəçi və satıcılarla müzakirələr aparmış, beton və sementin istifadəsi ilə bağlı müxtəlif suallar cavablandırılmışdır.
  Tədbir zamanı satışlarda fərqlənən müştərilər müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırıldı və görüş xüsusi ziyafətlə yekunlaşdı.

 
Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC