
27 Sentyabr 2019-cu il tarixində Qazax Sement Zavodu MMC Tovuz, Qazax, Ağstafa rayonlarından dəvət olunmuş 150 –dək satıcı, usta və iş icraçıları ilə geniş tədbir keçirmişdir. Görüşdə zavodun regiondakı rolu, həyata keçirdiyi sosial – iqtisadi layihələr, pərakəndə bazarda ustalara və satıcılara uyğun həyata keçirilən “uduşlu kisələr” və “kəs, topla, qazan” kampaniyası ilə bağlı məlumat verildi. Görüşdə eyni zamanda bazara yeni, 25 kq-lıq qablaşdırmada təqdim edilmiş məhsullar barədə müzakirələr aparılmış, beton və sementin istifadəsi ilə bağlı müxtəlif suallar cavablandırılmışdır.
Tədbirin sonunda iştirakçılara müxtəlif qiymətli hədiyyələr verildi və görüş xüsusi ziyafətlə yekunlaşdı.