
Regionlarda satıcı, usta və tikinti şirkətlərinin nümayəndələri nümayəndələri ilə mütəmadi mütəmadi görüşlər təşkil edən Qazax Sement Zavodu MMC növbəti geniş tədbiri 04-05 Oktyabr 2019 - ci il tarixində Şəmkir və və Gədəbəy rayonlarında təşkil etmişdir. Görüşdə zavodun regiondakı rolu, həyata keçirdiyi sosial – iqtisadi layihələr, pərakəndə bazarda ustalara və satıcılara uyğun həyata keçirilən “uduşlu kisələr” və “kəs, topla, qazan” kampaniyası ilə bağlı məlumat verildi. Görüşdə eyni zamanda bazara yeni, 25 kq-lıq qablaşdırmada təqdim edilmiş məhsullar barədə müzakirələr aparılmış, beton və sementin istifadəsi ilə bağlı müxtəlif suallar cavablandırılmışdır.
Tədbirin sonunda iştirakçılara müxtəlif qiymətli hədiyyələr verildi və görüş xüsusi ziyafətlə yekunlaşdı.