
Regionlarda fəaliyyət göstərən satıcı, usta və tikinti şirkətlərinin nümayəndələrini daim diqqət mərkəzində saxlayan və onlarla mütəmadi görüşlər, tədbirlər, müzakirələr təşkil edən Qazax Sement Zavodu MMC onlarla növbəti görüşünü Mİngəçevirdə təşkil etmişdir. Mingəçevir və ərtaf rayonların satıcı və ustalarının dəvət olunduğu tədbirdə zavodun sement və beton istehsalındakı nailiyyətləri, Respublikada ilk dəfə istehsalı təşkil edilmiş beton leqo bloklar barədə məlumat verildi. Eyni zamanda 25 kq-lıq qablaşdırmada təqdim edilmiş məhsullar barədə müzakirələr aparıldı, beton və sementin istifadəsi ilə bağlı müxtəlif suallar cavablandırıldı.
Tədbirin sonunda satış fərqlənən müştərilər müxtəlif hədiyyələrlə mükafatlandırıldılar.