01 Noyabr 2019-cu il tarixində Gəncə şəhərində region müştəriləri ilə təşkil olunan görüşdə Gəncə, Samux, Göygöl, Daşkəsən rayonlarından 180-dək sahibkar və satıcı iştirak etmişdir. Görüş zamanı pərakəndə satışla məşğul olan dilerlərlə sement bazarında satışların bu günkü vəziyyəti müzakirə edilmiş və qarşıdakı aylar üzrə planlaşdırmalar aparılmışdır.

Tədbirdə Qazax Sement Zavodu MMC –nin sement və beton istehsalı, satışı sahəsinə fəaliyyətinin genişləndirməsi, leqo blokların istehsalına başlaması və digər yeniliklər barədə iştirakçılara məlumat verilmişdir. Əlavə olaraq qonaqlara Akkord Betonun 19-21 oktyabr 2019-cu il tarixlərində Pirşağı Yol-Tunel Layihəsində Azərbaycanda ilk dəfə olaraq 2 gün ərzində 760 m uzunluğunda tunel üçün 8000 m3 döşəmə betonunu uğurla tamamlaması layihəsi barədə məlumat verildi və onlar betonlama işlərini əks etdirən sürətli roliki seyr etdilər.

Tədbirin sonunda region müştəriləri üzrə 2019-cu ilin satış yekunları və və digər nailiyyətləri nəzərdən keçirildi, onlara müxtəlif qiymətli hədiyyələr verildi və görüş xüsusi ziyafətlə yekunlaşdı.

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC