Akkord Sement gələcək perspektivlər, şirkətin inkişaf xətti və bunların müzakirəsi üçün hər zaman alıcı, usta, satıcı və tikinti şirkəti nümayəndələri ilə silsilə görüşlər təşkil edib. Növbəti ənənəvi görüş Lənkəran şəhərində baş tutdu. Qeyd edək ki, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarından 200-dək müştərinin iştirak etdiyi tədbirdə qonaqlara şirkətin 2019-cu ildə əldə etdiyi uğurlar, rebrending, şirkətin yeni loqosu, loqoda əks olunan korporativ dəyərlər, yeni qablaşdırmanın üstünlükləri, məhsulun keyfiyyətində edilən təkmilləşdirmələr və s. haqqında məlumat verilib. Pərakəndə bazarda ustalara və satıcılara uyğun həyata keçirilən “uduşlu kisələr” və “kəs, topla, qazan” kampaniyası ilə bağlı məlumat verildi, kampaniyaların ustalar, satıcılar üçün üstünlükləri qeyd olundu, eyni zamanda kampaniyalar barədə usta və satıcılarla müzakirələr aparıldı, onların rəyləri öyrənildi.

Əlavə olaraq, şirkətdə çalışan alman mütəxəssislər sement və beton texnologiyası, istehsal prosesinə yönəldilən investisiyalar və məhsuldarlığın artırılması istiqamətində əldə olunan uğurlar barədə də məlumat verdilər. Müştərilərə daha üstün xidmət göstərilməsi üçün şirkətin yeni istifadəyə verilən və Respublikada ilk olaraq istifadə olunan mobil beton laboratoriya və beton lego blokların istehsalına başlanması müştərilərin diqqət və marağına səbəb olub. Tədbirdə iştirak edən ustalar və iş icraçıları sement və beton sahəsində qarşılaşdıqları çətinliklər həmçinin digər mövzularla əlaqədar alman mütəxəssisləri ilə fikir mübadiləsi apardılar, onları maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda iştirakçılara müxtəlif qiymətli hədiyyələr verildi və görüş xüsusi ziyafətlə yekunlaşdı. Növbəti görüşlərlə bağlı məlumatı da diqqətinizə çatdıracağıq.

"Akkord sement" – keyfiyyətin zirvəsi !

Bütün haqqlar qorunur © 2023 “Qazax Sement Zavodu” MMC