Ətraf mühitin qorunması
- Ana səhifə
- Ətraf mühitin qorunması
Ətraf mühitimizi qorumaq , bütün insanları qorumaqdır!
Toz çirklənməsi
İstehsal zamanı tozun azaldılması üçün toztutucu avadanlıqlardan, daşınma zamanı örtük növlü daşıyıcılardan istifadə edilir. Zavodun bütün boşaltma nöqtələri yüksək keyfiyyətli toz toplayıclarla təchiz olunub. Sobanın çıxışında tozun miqdarı çox olduğu üçün elektrikli çöktürücüdən istifadə olunur. Zavodda 41 ədəd toz toplayıcı qurğudan istifadə olunub. Toztutucular tozun 99 % azaldılmasına köməklik etməkdədir.
Səsin azaldılması
Az səsli avadanlıqlardan istifadə olunur, bəzi avadanlıqlara səsboğan və səs izoliyasiya edən quraşdırılmışdır. Titrəmə nəticəsində çıxan səs izoliyasiya vasitəsiylə azaldılır. Mərkəzi operator otağında ikiqatlı şüşələr, səs izoliyasiya edən qurğular quraşdırılmışdır. Səsin ətrafa təsirini azaltmaq üçün maksimum dərəcədə tədbirlər görülüb.
Təmizləyici qurğu
Zavodda çirkli suyu təmizləyən qurğudan istifadə edilir. Təmizləyici qurğu sutkalıq 100 m3 çirkli suyu təmizləyir.Tutulan maddələr çökdürmə yolu ilə tutulan asılqan maddələrdir. Təmizlənmiş su rüblük olaraq analiz edilir.
Canlıları qoruyaq
Akkord Sement- də canlıların qorunması, yaşıllıqların artırılması və Respublikamızın əhalisinin təmiz hava şəraitində yaşamaları üçün bir çox tədbirlər həyata keçirmişlər. Zavod ərazisində 100000 m2 –a yaxın əraziyə park və yaşıllıqlar salınmışdır.
Ətraf mühitin qorunması siyasəti
Siyasət
Zavodun ətraf mühitə və insanlara təsirini minimuma endirməklə bərabər eyni zamanda qəbul olunmuş tələblərə tam uyğun sement istehsal etmək qarşıya məqsəd qoyulmuşdur. Keyfiyyəti və ətraf mühiti idarəetmə sisteminin bir hissəsi kimi bütün proseslərin icrası üçün kriteriyalar işləyib hazırlanır, istehsal proseslərini daim təkmilləşdirmək məqsədi ilə texnoloji proseslərin parametrləri təhlil edilir.
Ətraf mühit
Təbii ehtiyatlardan səmərəli istifadə edir, tullantıları minimuma endirir, mümkün qədər praktik şəkildə təkrar emalı təşkil edir, zərərli tullantıların miqdarını azaldaraq və imkan daxilində ətraf mühitə dair sağlam siyasətləri olan təchizatçılarla işləyirik. Ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsi sahəsində məqsəd və hədəflərin müəyyən edilməsini, onların ardıcıl olaraq nəzərdən keçirilməsini təşkil edirik.