Şirkət haqqında
- Ana səhifə
- Şirkət haqqında
“Qazax Sement Zavodu” MMC Respublikanın qərb regionunda fəaliyyət göstərən iri sənaye müəssisəsidir. Şirkətin Qazax rayonunda sement istehsalı zavodu və Respublikanın müxtəlif regionlarında 8 beton zavodu və bir neçə qum çınqıl karxanası fəaliyyət göstərir.
Zavodun sement istehsalı ildə 1.5 milyon ton, klinker istehsalı sutkada 3`500 ton təşkil edir. Zavodun inşasına 2010-cu ilin mart ayında başlanmış, 2013-cü ilin aprelində sement istehsalı, 2014-cü ilin avqustunda isə klinker istehsalı xətləri istifadəyə verilmişdir.
Zavod istehsal prosesini və hazır məhsulun daşınmasını təmin edəcək geniş infrastruktur və uzunmüddətli xammal ehtiyatları ilə təmin edilmişdir. Mövcud infrastruktur və çoxşaxəli logistika sistemindən istifadə edərək Azərbaycanın istənilən ərazisinə sement satışını həyata keçirir. Məhsulların müştərilərə vaxtında çatdırılmasını təmin etmək üçün şirkətin Bakı, Lənkəran, Xaçmaz rayonlarında Logistika Mərkəzləri fəaliyyət göstərir.
Şirkət istehsal etdiyi məhsulların keyfiyyəti ilə daxili bazarda və ixracda yüksək müştəri məmnuniyyətinə nail olmuşdur. Qazax Sement Zavodu MMC 2015-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə sement – klinker ixracını həyata keçirən şirkət olmuşdur.
Zavodun sement istehsalı üçün lazım olan keyfiyyətli əhəng daşı və digər xammal yataqları var.
Zavodun əlverişli xammal yataqlarına sahib olması və ən müasir texnologiyadan istifadə yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir. İstifadə olunan xammalın və istehsal olunan sementin keyfiyyətinin yüksək səviyyədə saxlanılması üçün zavodumuzda müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir, müntəzəm olaraq həm xammalların, həm də məhsulların fiziki-mexaniki və kimyəvi sınaqları həyata keçirilir.
Şirkətin əsas məqsədi Azərbaycanda və bütövlükdə regional miqyasda tikinti sektorunun aparıcı qüvvəsi olmaq və ölkənin milli rifahına öz töhfəsini verməkdir.
