Vüqar Süleymanov
- Ana səhifə
- Vüqar Süleymanov

1974-cü ildə Bakı şəhərində anadan olub.
1991-1996-cı illərdə Azərbaycan Bakı Dövlət Universitetinin Hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2007-2008-ci illərdə Böyük Britaniyanın Nottingham Trent Universitetinin Korporativ Hüquq fakultəsini bitirib, magistr dərəcəsini almışdır.
2008-2010-cu illərdə Böyük Britaniyada Nottingham Trent Universitetini bitirərək, Korporativ Menecer ixtisasına yiyələnmişdir. Hazırda LSE-də (London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində) Executive MBA (Biznesin İdarəedilməsi) proqramı üzrə təhsilini davam etdirməkdədir.
2011-2015-ci illərdə Atəşgah Sığorta Şirkətində bir sıra rəhbər vəzifələrdə çalışmışdır.
2015-ci ildən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də rəhbər vəzifələrdə əmək fəaliyyətini davam etdirmişdir.
2016-cı ildən TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsidə SYA (Türkiyənin “Yüksel İnşaat A.Ş.”, Italiyanin “SICIM S.p.A” və “Akkord” Korporasiyası ) müştərək müəssisəsinin idarə heyətinin üzvüdür.
2018-ci ildən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Müşahidə Şurasının Sədr müavini, eyni zamanda “Qazax Sement Zavodu” MMC-nin İdarə Heyətinin sədri olmuşdur. 01 Dekabr 2020-ci il tarixindən isə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş İcraçı Direktoru vəzifəsinə təyin edilmişdir. Eyni zamanda 02 Dekabr 2020-ci il tarixindən “Qazax Sement Zavodu” MMC-nin Müşahidə Şurasının Sədridir.