Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı regionların sosial inkişafı Dövlət Proqramları çərçivəsində Qazax Sement Zavodu istehsal həcmini artırmağı planlaşdırır.

Qazax Sement Zavodu MMC illik sement istehsalı həcmini 1 milyon tondan 1.4 miyon tona qaldırılması üçün Avropa Ölkələri şirkətlərinin də dəvət olunduğu tender keçirmiş və keçirilmişdir. Keçirilmiş tenderin nəticələrinə görə Türkiyənin DAL TEKNİK MAKİNA TİCARET VE SANAYİ A.Ş. şikəti qalib olmuşdur və 2019-cu ilin May ayında DAL TEKNİK MAKİNA TİCARET VE SANAYİ A.Ş. şirkəti ilə müqavilə bağlamışdır. Dal Teknik Makina şirkəti sement istehsalı müəssisələrinin layihələndirilməsi, qurulması, texnoloji avadanlıqların təchizi, istehsal prosesinin optimallaşdırılması və digər fəliyyətlərinə görə böyük təcrübəyə mailikdir və dünyanın müxtəlif ölkələrində bunlara bənzər layihələri uğurla icra edir.

Layihə üzrə 2020-ci ilin əvvəlində zavodun illik sement istehsalı həcmi 1.4 milyona artırılacağı nəzərdə tutulur. 2019-cu ilin Aprel ayında zavodda Avropa ölkələrindən gətirilmiş yeni avadanlıqlar (Soyutma sistemi) quraşdırımışdır ki, bunlar da zavodun istehsal həcminin artırılmasına imkan verir.

Qazax Sement Zavodu MMC ölkənin qərb bölgəsində sement və klinker, şimal və mərkəz hissəsində qum-çınqıl və eləcə də ölkə üzrə beton istehsalı nı həyata keçirir. Şirkətdə hazırda 620 –dən çox işçi çalışır və orta aylıq əmək haqqı təxminən 800 AZN təşkil edir. Şirkət işçilərin gündəlik işə rahat gəlib qayıtmaları üçün rahat avtobus xidmətləri təşkil etmiş, eyni zamanda işçilər iş müddəti ərzində isti yeməklə təmin edilirlər.

Qazax Sement Zavodu regionun sosial iqtisadi inkişafına dəstək məqsədi ilə müntəzəm olaraq müxtəlif sosial layihələr həyata keçirir.

Sosial layihələrin prioritet istiqamətlərindən də biri də gənc kadrların inkişafına yönləndirilmiş layihələrdir. Ali məktəblərin texniki bölmələrinə region üzrə daha yüksək balla daxil olan tələbələrə təqaüdlərin ayrılması və bitirdikdən sonra zavodda daimi işlə təmin edilməsi, təcrübə proqramı çərçivəsində sərhədyanı kəndlərdən olan hərbi xidmətdən qayıtmış ortatəhsilli gənclərin zavodda peşə ixtisaslarının öyrədilməsi və işlə təmin edilməsi və s. yerinə yetirilən sosial layihələrdəndir.

Şirkət eyni zamanda Ali məktəb tələbələrinin yay tətili ərzində zavodda istehsalat təcrübəsi keçməsini də təşkil etmişdir.

Qazax Sement Zavodunda dünyanın müxtəlif ölkələrindən sement istehsalı sahəsində zəngn təcrübəsi olan kadrlar da çalışır və onlar öz zəngin bilik və təcrübələri ilə yerli gənc kadrların inkişafında mühüm rol oynayırlar.

Şirkət tərəfindən məhsuldarlığın artırılmasına istiqamətləndirilmiş investisiyalar eyni zamanda regionun inkişafı və yerli əhali üçün böyük imkanlar və perspektivlər yaradacaq.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC