10 May 2019-cu il tarixində Qazax Sement Zavodunda Ulu Öndərin doğum günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin zavod ərazisindəki abidəsini ziyarət etmiş, abidə önünə gül dəstəsi qoymuş, onun xatirəsini ehtiramla yad etmişlər. Daha sonra zavodda təşkil edilmiş tədbirə qatılmışlar.

Tədbirdə Ulu Öndərin zəngin siyasi fəaliyyəti, onun rəhbərliyi dövründə Respublikada iri mülki və sənaye obyektlərinin tikintisi, dövlətçiliyimizin qorunması və möhkəmlənməsi uğrunda apardığı mübarizədən bəhs olunmuşdur. Eyni zamanda Ölkənin gələcək çiçəklənməsi, ölkədə siyasi sabitliyin yaradılması istiqamətində görülmüş işlər tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Çıxış edənlər qeyd etmişlər ki, ümummilli lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi və xalq məhəbbətini qazanmış öndər kimi qalmışdır.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC