30 Aprel 2019-cu il tarixində Türkiyə, Rusiya, Avropa, Şərq ölkələri olmaqla, cəmi 24 ölkənin Azərbaycandakı səfiri, Avropa Bankının Başçısı, Asiya İnkişaf Bankının Başçısı və Qazax RİHB cənab Rəcəb Babaşov diplomatik nümayəndəliklərin Qazax rayonuna təşkil olunan səfəri çərçivəsində Qazax Sement Zavodu ilə də tanış olmuşlar.

Səfərin məqsədi ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaqdır. Səfər zamanı Qazax RİHB cənab Rəcəb Babaşov çıxış edərək qonaqlara Qazax Sement Zavodunun regionun sosial iqtisadi inkişafındakı rolu, həyata keçirdiyi sosial layihələr, region əhalisinin daimi işlə təmin olunması, eyni zamanda Gürcüstan Respublikasına sement və klinker ixracında əldə etdiyi uğurlar barədə geniş məlumat vermişdir. Daha sonra Qazax Sement Zavodunun İdarə Heyətinin Sədri cənab Vüqar Süleymanov tədbir iştirakçılarına son illərdə şirkətin əldə etdiyi yerli və beynəlxalq əhəmiyyətli uğurlar, məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat vermişdir. Qonaqların sualları Zavod Rəhbərliyi tərəfindən ərtaflı cavablandırılmışdır. Daha sonra qonaqlar sement istehsalı və sementin qablaşdırılması prosesi ilə də tanış olmuşlar. Zavodda aparılan islahatlar, eyni zamanda şirkətin daxili bazarda və ixracda əldə edilən nailiyyətlər qonaqlarda böyük maraq yaratmışdır.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC