12 Aprel 2019-cu ildə Londonda Birləşmiş Krallığın Nailiyyətlər Forumu 2019 təltif mərasimi keçirilmişdir. Keçirilmiş Nailiyyətlər Forumunda Qazax Sement Zavodu MMC-nin İdarə Heyətinin Sədri Vüqar Süleymanov İlin meneceri, Qazax Sement Zavodu MMC isə Ən Yaxşı Regional Müəssisə seçilmişdir.

Məlumat üçün bildiririk ki, bu nominasiyalar Birləşmiş Krallığın Nailiyyətlər Forumu 2019-cu il üzrə peşəkar araşdırmaçı komandası tərəfindən seçilir və görkəmli regional biznesmenləri, müvəffəqiyyətli şirkətlərin CEO-larını, ən yaradıcı menecerləri, perspektivli sərmayə və innovativ layihələrin və biznes ekspertləri əhatə edir. Ən Yaxşı Regional Müəssisə mükafatına naliyyətləri, effektli işləri və müsbət imic üzərində regional səviyyədə ötən ildə uğur qazanmış şirkətlər təltif edilir.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC