Memorandum Qazax Sement Zavodu MMC-nin İdarə Heyətinin Sədri Vüqar Süleymanov və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev arasında imzalanıb.

Tədbirdə çıxış edənlər iki qurum arasında imzalanan Memorandumun Azərbaycanda mikro, kiçik və orta sahibkarların inkişafında, ümumilikdə isə regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacağını vurğulayıb.

Anlaşma Memorandumunda Qazax Sement Zavodu MMC Korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində həyata keçirilən layihələrə dəstək olmaq, ailə təsərrüfatlarının, mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı ABAD tərəfəindən həyata keçirilən layihələrdə tətbiq edilən müasir və innovativ texnologiyanı araşdırmaq, layihələri maliyyələşdirmək və digər sahələr üzrə dəstək göstərmək niyyətində olduğu qeyd edilmişdir.

Qazax Sement Zavodu MMC ilə “ABAD” arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb
Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC