Qazax Sement Zavodu MMC-nin 31 nəfər işçisi və onların ailə üzvləri 2019-cu ildən etibarən Paşa Sığorta şirkətində Könüllü Tibbi Sığorta proqramına uyğun sığortalanmışdır. Könüllü Tibbi Sığorta proqramı çərçivəsində sığortaolunan zavod əməkdaşları və onların ailə üzvləri Qazax Sement Zavodu hesabına ölkənin bütün tibb müəssisələrində Tibbi Yardım, Təcili Tibbi Yardım, Stasionar-Ambulator xidmətlər, dərman ləvazimatları ilə təminat, Stomotoloji xidmətlərlə təmin olunacaqlar. 14 Mart 2019-cu il tarixində Paşa Sığorta şirkərinin nümayəndəsi zavodun əməkdaşları ilə görüş keçirmişdir. Görüşdə Tibbi Sığortanın üstünlükləri və imkanları barədə geniş məlumat verilmişdir və iştirakçıların sualları cavablandırılmışdır.
Bundan əlavə qeyd etmək istərdik ki, zavodun 600-ə qədər əməkdaşı istehsalatda bədbəxt hadisələrə qarşı Paşa Həyat Sığırta şirkətində sığortalanmışdır.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC