14 fevral 2019-cu ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Qazax Sement Zavodu” MMC-nin idarə heyətinin sədri Vüqar Süleymanov və zavodun digər əməkdaşları ilə birlikdə Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasında olub, mövcud vəziyyətlə maraqlanıblar.

Tədbirdə bildirilib ki, rayonda təmir olunması nəzərdə tutulan 6 uşaq bağçasından biri də Daş Salahlı kəndində yerləşən bu bağçadır. Bağça binasının əsaslı təmirini "Qazax Sement Zavodu” MMC-nin öz üzərilərinə götürür.

İcra başçısı bağça binasının əsaslı şəkildə təmirinə və körpə uşaqlara olan bu qayğıya görə "Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə və kollektivinə rayon sakinləri, xüsusən də Daş Salahlılar adından minnətdarlığını bildirib.

https://azertag.az/xeber/1247007

http://marja.az/news/38677?title=qazax-sement-zavodu-novbeti-sosial-layiheni-oz-uzerine-goturur

https://virtualaz.org/olke/135144
http://goyezen.az/manset/2239-qazaxda-daha-iki-bagcanin-temirine-baslanilacaq.html

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC