Qazax Sement Zavodu MMC regionun sosial iqtisadi inkişafına dəstək, eyni zamanda zavoda yaxın kənd və qəsəbələrdə yaşayan orta və natamam orta təhsilli gənclərin gələcəkdə zavodun müxtəlif texniki, istehsalat və digər sahələri üzrə peşəkar işçilərə çevrilməsi məqsədi ilə 2018-ci il Dekabr ayında təcrübə proqramını elan etmişdir. Təcrübə dövrünü uğurla başa vuran və nəzərdə tutulan ilkin nəzəri və praktiki bilikləri mənimsəyən 9 nəfərlə 2019-cu il Fevral ayında əmək müqaviləsi bağlanaraq Zavodun Klinker, Üyütmə, Xammal Sexlərində daimi işlə təmin edilmişdir. İşə qəbul olunan gənclər Zavodun qeyd olunan sahələrində əmək təcrübəsi qazanaraq, gələcəkdə daha fərqli peşələrə yiyələnmələri üçün fəaliyyətlərini davam etdirəcəklər. 

Qazax Sement Zavodu tərəfindən həyata keçirilən proqramın əsas məqsədi regionda yaşayan orta və natamam orta təhsilli gənclərin Zavodun müxtəlif sahələrində daimi işlə təmin etməklə regionun inkişafına öz dəstəyini verməkdir.

İşə qəbul edilən şəxslərin siyahısı aşağıda verilmişdir:

1 Vəliyev Kamran Rafiq

2 İsmiyev Nurlan Müşviq

3 Xasməmmədov Elmir Ramiz

4 Osmanov Elmir Arif

5 Bayramov Qoşqar Vüqar

6 Quluyev Fuad Şakir

7 İsmiyev İsmət Şakir

8 İsmayılov Fərid Rizvan

9 Xəlilov Elçin Ziyarət

Qazax Sement Zavodu təcrübə proqramını tamamlayan 9 nəfəri daimi işlə təmin etdi
Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC