Qazax Sement Zavodu MMC 2014-cü ildə Qazax rayonunun orta məktəblərindən məzun olmuş və ali məktəblərin texniki bölmələrinə yüksək bal toplayaraq daxil olmuş 8 tələbəni tədris müddəti ərzində təqaüdlə təmin etmiş, eyni zamanda onların müntəzəm olaraq zavodun texniki – istehsalat bölmələrində təcrübə keçmələrinə şərait yaratmışdır. 2018-ci ildə həmin tələbələr ali məktəbləri müvəfəqiyyətlə başa vurmuşlar.

18 dekabr 2018-ci il tarixində Qazax Sement Zavodu MMC-nin rəhbərliyi həmin məzunlarla görüş keçirmiş və 3 məzunun zavodda işlə təmin edilməsi barədə qərar vermişdir. Belə ki, Zavod rəhbərliyinin müvafiq əmri ilə Vəlizadə Aytəkin Satınalma Şöbəsi, İbrahimova Nabat Keyfiyyətə Nəzarət şöbəsi, Vəlizadə Gültəkin Administrasiya bölməsində əmək müqaviləsi əsasında işə başlamışlar. Onları zavodun kollektivinə daxil olmaları münasibətilə təbrik edir və əmək fəaliyyətlərində uğurlar arzulayırıq.

Qazax Sement Zavodu MMC gələcəkdə də regionda yaşayan və ali məktəblərdən məzun olmuş yüksək ixtisaslı kardların işə qəbulunun davam etdirilməsini planlaşdırır.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC