«Biz birlikdə daha güclüyük » başlığı altında fiziki məhdudiyyətli şagirdlər ilə görüş.

Gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Ölkəmizdə sağlam nəsillə birgə fiziki məhdudiyyətli gənclərə də hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların inkişafı və cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə müxtəlif layihələr həyata keçirilir.
Qazax şəhər 3 saylı tam orta məktəbin ingilis dili müəlliməsi Xasməmmədova Tahirə xanım tərəfindən təşkil edilən “Biz birlikdə daha güclüyük ” başlığı altında fiziki məhdudiyyətli şagirdləri əhatə edən layihə çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Məqsəd bu şagirdləri Qazax rayonunda yerləşən təqdirəlayiq yerlərlə tanış edərək onların dünyagörüşünü artırmaq , həmyaşıdları ilə ünsiyyət qurmaq və bu yolla onlarda qismən də olsa gələcəkləri üçün ümid və inam yaratmağa nail olmaqdır. Belə tədbirlərdən biri də Qazax rayonun Daş salahlı kəndində yerləşən “Akkord Sement Zavod” da baş tutmuşdur. Şagirdlər zavodun ərazisi ilə tanış olmuş onlara sementin istehsalı ilə bağlı məlumatlar verilmişdir. Görüş zamanı şagirdləri maraqlandıran sual və cavablara geniş imkan yaradılmışdır. Bu tədbiri daha da maraqlı etmişdir.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC