Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: “Bu zalım və amansız soyqırımı bəşər tarixində ən dəhşətli kütləvi terror aktı olmuşdur”.
 
Erməni hərbi birləşmələri 1992-ci il fevralın 26-da 7 min nəfər əhalisi olan Xocalı şəhərində soyqırımı törədib. Erməni hərbi birləşmələrinin hücumu zamanı şəhərdə 3 min insan var idi. 4 aylıq blokadada əhalinin böyük hissəsi şəhəri tərk etmək məcburiyyətində qaldığından 613 nəfər qətlə yetirilib, 1000 nəfər müxtəlif yaşlı dinc Xocalı soyqırımı zamanı əlil olub, 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini itirib, 25-i hər ikisi, 1275 dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.
 
Bütün haqqlar qorunur © 2022 “Qazax Sement Zavodu” MMC