Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 28-ci ildönümüdür.
Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 28-ci ildönümüdür. Bununlar bağlı Qazax rayonunda müəsisə və təşkilatların nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Akkord Sement nümayəndələri də rayonda keçirilmiş tədbirdə iştirak etmişdir.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Akkord Sement vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyir.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC