18-21 Oktyabr 2017-cı ildə Bakı Expo Mərkəzində keçirilən İnşaat Sərgisində Akkord Sement fəal iştirak etmiş, istehsal olunan məhsullar və yeni xidmətlər barədə ziyarətçiləri məlumatlandırmışdır. Sərgi günləri ərzində zavodun stendi müvafiq dövlət qurumları əməkdaşları, xarici qonaqlar və media nümayəndələri tərəfindən ziyarət edilmiş və bu məlumatlar müxtəlif TV kanalları, mətbuatda işıqlandırılmışdır. Sərgidə şirkətimiz xüsusi stendlə təmsil olunmuşdur.
Sərgidə fəal iştirakına görə zavodumuza xüsusi mükafat da təqdim edilmişdir.
Məlumat üçün qeyd edək ki, sərgidə İtaliya, Almaniya, Rusiya, BƏƏ, Türkiyə, İran və s. ölkələr də daxil olmaqla dünyanın 28 ölkəsindən 310-dən artıq şirkət iştirak etmişdir.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC